Şəmkirdə qadın həyat yoldaşı tərəfindən bıçaqlandıbackend

Şəmkirdə qadın həyat yoldaşı tərəfindən bıçaqlandı

Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb. Qadının kimliyi məlum olub.

KONKRET.az-ın məlumatına görə, bıçaqlanan qadın 1985-ci il təvəllüdlü Əliyeva Talihədir.

Məlumata görə, qadına 4 bıçaq zərbəsi vurulub. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Şəmkirdə həyat yoldaşını bıçaqlayan şəxsin adı da məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hadisəni Əliyev Elçin törədib.

Elçin Əliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki Elçin Əliyev Şəmkirdə Mədəniyyət evində çalışır. /APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*