Şəmkirdə qidadan zəhərlənən 20 nəfərdən 9-u azyaşlıdırbackend

Şəmkirdə qidadan zəhərlənən 20 nəfərdən 9-u azyaşlıdır

20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

KONKRET.az-ın məlumatına görə, bu barədə “report”un Qərb bürosuna TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 9-u azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

———-
Tovuzda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Belə ki, bir ailənin 5 üzvü yedikləri dönərdən zəhərlənib. Zəhərlənən şəxslər təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*