Şəmşad Ağanın anası vəfat etdibackend

Şəmşad Ağanın anası vəfat etdi

“Arqument.az” saytının həbsdə olan baş redaktoru Şəmşad Ağanın anası bu gün vəfat edib.

KONKRET.az xəbər verir ki, onun vəkili Zibeydə Sadıqova müvəkkilinin anasının dəfn və yas mərasimində iştirak etmək üçün Penitensiar Xidmətə, Bakı Ağır Cinayətlər Məhkəməsinə, həmçinin Ombudsmana müraciət edib.

Hələ ki, vəsatətə baxılmayıb.

“Bakupost”un xəbərinə görə, Ş. Ağanın anası Parkinson xəstəliyindən əziyyət çəkirmiş. Allah rəhmət eləsin! 

Xatırladaq ki, ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi.

Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*