Sən demə çirkli hava bu xərçəng növünün yaranmasına səbəb olur… – Həkimdən XƏBƏRDARLIQbackend

Sən demə çirkli hava bu xərçəng növünün yaranmasına səbəb olur... - Həkimdən XƏBƏRDARLIQ

Dünyada xərçəng xəstəliyinin artması ilə bağlı narahatlıqlar fonunda ekoloji faktorların – xüsusilə hava çirklənməsi, pestisidlər və toksinlərin prostat vəzi xərçəngi ilə əlaqəsi də tez-tez gündəmə gəlir. Bəs bu əlaqə tam sübuta yetirilibmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, ümumiyyətlə, xərçəngin yaranma səbəbi tam dəqiq bilinməsə də, prostat vəzi xərçənginə aparan bir sıra risk faktorları mövcuddur.

Azərbaycan tibbində ilk - Onkoloji xəstələrə müjdə

Onun sözlərinə görə, xəstəliyin əsas səbəbi prostat hüceyrələrində baş verən genetik dəyişikliklər və mutasiyalardır ki, bu da hüceyrələrin nəzarətsiz bölünməsinə gətirib çıxarır.

“Prostat vəzi xərçənginin yaranmasında yaş amili önəmlidir – xüsusilə 50 yaşdan yuxarı kişilərdə risk artır. Ailədə prostat xərçənginin olması, piylənmə, balanssız pəhriz, fiziki aktivliyin azlığı və zərərli vərdişlər – siqaret, spirtli içkilər, eləcə də bəzi toksinlər xəstəliyin riskini yüksəldən əsas amillərdir”, – deyə həkim qeyd edib.

Museyibov ekoloji faktorların da bu xəstəlikdə rol oynadığını vurğulayıb:

“Son illər dünyada baş verən müharibələr, artan hava çirklənməsi, avtomobil sayının çoxalması yalnız prostat deyil, bütün xərçəng növlərinin sürətlə artmasına səbəb olur. Əvvəllər daha çox yaşlı şəxslər müraciət edirdisə, indi xəstəlik xeyli cavanlaşıb”.

Onkoloqun sözlərinə görə, ekoloji təsirlərin prostat xərçənginə birbaşa səbəb olduğu tam sübuta yetirilməsə də, mövcud çirklənmənin ümumi onkoloji riski artırdığı elmi araşdırmalarla da təsdiqlənir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*