“Səndə cadu var” deyib 17 min manatını ələ keçirdibackend

“Səndə cadu var” deyib 17 min manatını ələ keçirdi

Daha bir vətəndaş sosial şəbəkədə dələduzluğun qurbanı olub. 

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, adının bilinməsini istəməyən Binəqədi rayon vətəndaşı “Instagram”da “ruhuniarindir” və “gozeldualar55” hesablarını idarə edən Mahmudova Gülgəz Siyavuş qızı onun ümumilikdə 17 min manat vəsaitini ələ keçirdiyini iddia edib.

Şikayətçinin sözlərinə görə, hesabların adları diqqətini çəkdiyindən qarşı tərəfə yazıb və müəyyən müddət ünsiyyətdən sonra Gülgəz Mahmudova ona “ruhunda cadu olduğu”, gələcəkdə “xərçəng xəstəliyinə tutulacağı” kimi fikirlər söyləyərək dərhal “təmizlik” olunmasının zəruri olduğunu iddia edib. Bu adı altında izləyicidən 2024-cü ildən 2025-ci ilin 5 noyabrınadək mərhələlərlə külli miqdarda pul aldığı deyilir. Şikayətçi həmçinin bu müddət ərzində ciddi psixoloji gərginlik yaşadığını, Gülgəzin hər dəfə onu qorxutması ilə bu vəziyyətin daha da ağırlaşdığını bildirib.

Son ödənişin Səbail rayonu ərazisində edildiyi və məsələnin artıq Səbail Rayon Polis İdarəsinə şikayət kimi təqdim olunduğu qeyd edilib.

Qeyd edək ki, vətəndaşlara tövsiyə olunur ki, hər hansı tibbi və ya psixoloji problem yaşadıqları halda yalnız rəsmi qurumlara, psixoloqlara və həkimlərə müraciət etsinlər. Sosial şəbəkədə “qara enerji”, “cadu təmizlənməsi” kimi xidmətlərin arxasında çox vaxt dələduzluq dayanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*