Sənəd qəbulu və imtahan tarixləri nə vaxt elan ediləcək?- RƏSMİ AÇIQLAMAbackend

Sənəd qəbulu və imtahan tarixləri nə vaxt elan ediləcək?- RƏSMİ AÇIQLAMA

“Karantin müddəti başa çatdıqdan dərhal sonra sənəd qəbulu və imtahanların tarixini elan edəcəyik”.

KONKRET.az-ın məlumatına görə, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.

O bildirib ki, sənəd qəbulu onlayn aparılsa da, bunu bütün abituriyentlərə şamil etmək mümkün olmur:

“Günü bu gün sənəd qəbulunu keçirə bilərik. Ancaq burada elə bir kontingent var ki, mütləq sənəd qəbulu komissiyasına gəlməlidir. Məsələn, əsgərlik yaşı çatan oğlanlar, orta təhsilini xaricdə bitirib ali təhsilini ölkəmizdə davam etdirmək istəyənlərin sənədləri bizim məlumat bazamızda yoxdur. Bu, böyük kontingent deyil. Ancaq bizim kiməsə şərait yaradıb kiməsə yaratmamağımız düzgün deyil. Ona görə, karantin müddətinin bitməsini gözləyirik”.

  • Rauf
    Aprel 20, 2020 - 20:23

    İmtahanlarin vaxti ust-uste düse biler yoxsa yox?

  • Həmayil
    Aprel 20, 2020 - 21:26

    Salam bagislayin narahat edirem.Miq imtahaninin vaxti ne vaxt aciqlanacaq??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*