Şenol Güneş Türkiyə millisindən göndərildi – RƏSMİbackend

Şenol Güneş Türkiyə millisindən göndərildi - RƏSMİ

Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Şenol Güneşlə yollarını ayırıb.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

69 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Şenol Güneşin istefası müzakirə mövzusu olub. 2000 – 2004-cü ildə yığmaya rəhbərlik etmiş mütəxəssis 2019-cu ilin fevralında yenidən komandanın sükanı arxasına keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*