Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada kürdpərəst Xalq Bərabərliyi və Demokratiya Partiyasının (DEM) nümayəndə heyəti ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, görüş terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) döyüşçülərinin Türkiyədən tamamilə geri çəkildiyini elan etməsindən sonra baş tutub.
Mətbuata qapalı keçirilən görüşdə partiyanın həmsədrləri Mithat Sancar və Pervin Buldan, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Efkan Ala və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edib.
Türkiyə mediasının məlumatına görə, təxminən bir saat davam edən görüşdə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində mövcud vəziyyət, onun yerindəki vəziyyətə təsiri və zəruri hüquqi tədbirlər müzakirə olunub.
Danışıqlar başlamazdan əvvəl Pervin Buldan jurnalistlərə bildirib ki, bu, prosesin əvvəlindən bəri prezidentlə üçüncü görüşləri olacaq.
“Hamımız başa düşürük ki, tarixi bir dövrdə yaşayırıq. Buna görə də bugünkü görüş çox vacib və əhəmiyyətlidir. Prosesin hazırkı mərhələləri, yaranan problemlər və lazımi addımlar barədə müzakirələr aparmaq və fikir mübadiləsi aparmaq üçün prezidentlə görüşəcəyik…”, – o vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

