İsrailin keçmiş yüksək rütbəli təhlükəsizlik rəsmiləri ABŞ-ın sabiq prezidenti Donald Trampa müraciət edərək, Benyamin Netanyahunun Qəzzadakı müharibəni dayandırması üçün ona təsir göstərməsini istəyiblər.
KONKRET.az xəbər verir ki, bu barədə The Jerusalem Post nəşri məlumat yayıb.
Məktuba ümumilikdə 600-dən çox sabiq hərbçi, MOSSAD, ŞABAK və digər təhlükəsizlik qurumlarının keçmiş rəhbərləri imza atıb. Onlar bəyan ediblər ki, HƏMAS artıq İsrail üçün strateji təhlükə yaratmır və müharibənin davamı yalnız ölkəyə daha çox zərər vurur.
Natiq Səlim,
KONKRET.az