SEPAH-ın mərkəzində partlayış: 2 ölü, çox sayda yaralıbackend

SEPAH-ın mərkəzində partlayış: 2 ölü, çox sayda yaralı

SEPAH-ın mərkəzində partlayış zamanı 2 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Damğan şəhəri yaxınlığındakı hazırlıq və dəstək mərkəzində partlayış olub.

Məlumatda bu gün axşam saatlarında SEPAH-ın Damğan şəhərindən kənarda yerləşən korpuslarından birində qəza nəticəsində döyüş sursatlarının daşınması zamanı partlayış baş verdiyi bildirilir. Əl-Ərəbiyyə kanalı partlayışda 2 nəfərin öldüyü və çox sayda yaralının olduğu barədə məlumat yayıb.

Qəzanın səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*