Əmir Nəsirzadə İranın yeni müdafiə naziri seçilib.
KONKRET.az xəbər verir ki, bu informasiyanı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb.
Mənbə qeyd edir ki, Nəsirzadə İran İslam Respublikası tarixində ən yüksək etimad səsi qazanıb.
O, parlament nümayəndələrinin 288 səsindən 281-nin səsini toplayıb.
İlkanə Şəvəqqət,
KONKRET.az