SEPAH Xameneini əvəzləyəcək, İranda bütün güc onun əlində cəmləşəcək – ŞOK SSENARİbackend

SEPAH Xameneini əvəzləyəcək, İranda bütün güc onun əlində cəmləşəcək - ŞOK SSENARİ

“Al-Hadath” qəzetinin iddialarına əsasən SEPAH daxilində Xameneinin əvəz olunması ilə bağlı müzakirələr aparılır. Bu iddialar nə dərəcədə real görünür və SEPAH-ın bu prosesdə rolu nə qədər böyükdür?

Mövzu ilə bağlı politoloq Züriyyə Ruslanqızı KONKRET.az-a açıqlamasında bildirir ki, belə müzakirələrin getməsi ehtimalı son dövrlərdə İran daxilindəki siyasi və ideoloji gərginliklərin dərinləşdiyini göstərir.

Ermənistan siyasi xəritədən silinəcək, Qərb və Rusiya arasında poliqona  çevriləcək” - ŞOK AÇIQLAMA | KONKRET

“İran İslam Respublikasında ali rəhbər postu həm dini, həm də siyasi hakimiyyətin mərkəzi sayılır və bu mövqe üzərində gedən istənilən müzakirə dövlətin struktur əsaslarını silkələyə bilər. Rəsmi səviyyədə bu mövzuda heç bir təsdiqləmə olmasa da, Xameneinin səhhəti, SEPAH daxilindəki fraksiyalaşma və İranın xarici siyasətdəki artan təzyiqləri fonunda bu cür müzakirələrin qapalı dairələrdə aparılması inandırıcı görünür.

SEPAH, sadəcə hərbi qurum olmaqdan çıxaraq iqtisadi, siyasi və təhlükəsizlik sahələrində də dominant gücə çevrilib. Xameneidən sonrakı dövrdə bu qurumun özünü yalnız mövcud nizama nəzarət edən deyil, həm də siyasi istiqamətləri müəyyən edən əsas mərkəz kimi təqdim etməsi istisna deyil.

SEPAH-ın əsas strategiyası hakimiyyət boşluğu yaranacağı təqdirdə bu boşluğu dolduracaq qədər təşkilatlanmaq və legitimlik qazanmaqdır. Bunun üçün müxtəlif ssenarilər üzərində işlənməsi ehtimalı yüksəkdir”.

Politoloqun sözlərinə görə, bu müzakirələrin fonunda nəzərə almaq lazımdır ki, SEPAH daxilində də fikir ayrılıqları mövcuddur.

“Bəzi qruplar radikal xətti, digərləri isə daha praqmatik yanaşmanı müdafiə edir. Bu fərqlər Xameneinin mümkün varisinin seçimi ilə bağlı mövqelərin də fərqli ola biləcəyini göstərir. Nəticədə, SEPAH bu prosesi həm idarə etmək, həm də istiqamətləndirmək üçün əsas aktora çevrilə bilər.

Beləliklə, “Al-Hadath” qəzetinin iddiası nə qədər qərəzli olsa da, bu mövzu İran daxilində real təhlükəsizlik və siyasi sabitlik məsələlərinə toxunur. SEPAH-ın bu prosesdəki rolu isə sadəcə müşahidəçi yox, hakimiyyətin gələcək strukturuna təsir edən əsas güc kimi ön plana çıxır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*