Separatçıbaşı Arayik Arutyunyanın son günlərki “bəyanat”larını oxuduqca bir il bundan əvvəlki çıxışı yada düşür.
KONKRET.az həmin çıxışı olduğu kimi təqdim edir:
“43 gün davam edən döyüşlər nəticəsində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut rayonlarını, Martuni (Xocavənd) rayonundan bir hissə, Əsgəran rayonundan bir hissə və ən əsası Şuşanı itirdik. Döyüşlər Stepanakertin (Xankəndi) kənarında, 2-3 km aralıda gedirdi.
Eyni tempdə davam etsək, bir neçə gün ərzində bütün Arsaxı itirəcəyik, daha çox itki verəcəyik, çünki döyüş əməliyyatlarının cəbhə xəttindən kənara çıxıb. Xüsusən də müharibədə 43 gün qəhrəmancasına döyüşmüş çağırışçılarımız üçün dönməz nəticələrə səbəb olacaq. Əgər düşmən qoşunları Stepanakertə soxulsa, Əsgəran və Martunidə olan əsgərlərin taleyi dəhşətli olardı”.
Xatırladaq ki, bunu 10.11.20 – tarixində Arayik Arutyunyan kimsəsiz Xankəndidə (o zaman Xankəndidə özü də daxil olmaqla cəmi 7 nəfər erməni qalmışdı) Armİnfo-nun jurnalistlərinə bildirib.
Son günlər rus sülhməramlılarının arxasından qışqırmağa başlayan bu “qəhrəman” xoruzun yaddaşını təzələmək yerinə düşərdi.
Xuraman Etibarlı,
KONKRET.az