Separatçılardan həyasız addım: uşaqlara silah payladılar – FOTObackend

Separatçılardan həyasız addım: uşaqlara silah payladılar - FOTO

Qarabağ separatçıları uşaqları da öz xislətlərinə uyğun yetişdirməkdə davam edirlər.

KONKRET.az erməni mediasına istinadən bildirir ki, bu gün, mayın 30-da paytaxtdakı 1 nömrəli ibtidai məktəbdə atıcılıq yarışının “respublika mərhələsinə “start verilib.

Yarışın baş hakimi Svetlana Firyan bildirib ki, yarışda “Stepanakert, Martuni, Martakert, Əsgəran və Şuşi yığmaları” iştirak edir.

Biıdirilib ki, məktəblərdə atıcılıq üzrə daha çox məşq etmək üçün münasib şərait olmasa da, iştirakçılar ümidləri doğrultmağı bacarır.

Beləliklə, separatçılar xəbərdarlıqlardan dərs götürmək əvəzinə, uşaqların da əlinə silah verir.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*