Qarabağda separatçılar Xankəndi-Şuşa yolunda çadır qurublar.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Qarabağda qondarma “Arsax”da etnik təmizləməyə yox” hərəkatının üzvləri Xankəndi-Şuşa yolunda çadırlar quraraq müddətsiz etiraz aksiyası elan ediblər.
“Biz bütün apolitik qüvvələri bizə qoşulmağa çağırırıq. Biz Azərbaycandan “tələb” edirik ki, Laçın dəhlizində “qeyri-qanuni quraşdırılmış” keçid məntəqəsi tezliklə yığışdırılsın. Buradakı aksiyamız bu “tələb” yerinə yetirilənə qədər davam edəcək”, – deyə separatçılar vay-şüvən salıb.
Onlar eyni tələblə imza toplamağa başlayıblar.
P.S. Tələbinizi qatlayın qoyun başınızın altına, başınız ağrımasın. Sizin yeriniz elə çadırdı, istəyirsiniz ömürlük çadırda qalın.
Xuraman Etibarlı,
KONKRET.az