Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada səfərdədir.
KONKRET.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən Mirzoyan iki ölkə arasında münasibətləri müzakirə ediblər. Görüşdən sonra Lavrov bildirib ki, danışıqların yekunlarına görə, Rusiya Ermənistanla bütün razılaşmalara, o cümlədən hərbi sahədə də sadiqdir. Həmçinin qeyd olunub ki, Moskva və İrəvan Federasiya Şurasının sədri Valentina Matvienkonun Ermənistana səfərini müzakirə edib: “Biz Federasiya Şurasının sədri Valentina İvanovna Matvienkonun Ermənistana səfəri üzərində işləyirik. Ümid edirik ki, bu səfərlə, onuncu Rusiya-Ermənistan regionlararası forumu üçün üst-üstə düşəcək”, deyə Lavrov bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az