Rusiyada dövlət çevrilişinə cəhd baş tutmadı və üsyançılar geri çəkildilər. İyunun 24-də baş verən hadisələr cəmi bir neçə saat davam etdi və Belarus prezidentinin müdaxiləsindən sonra təhlükə sovuşdu.
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Lukaşenkonun bu işdə səyini yüksək qiymətləndirib. Rusiya telekanallarına müsahibəsində Lavrov qeyd edib ki, Aleksandr Lukaşenko şənbə günü Rusiya Prezidenti Vladimir Putinə vəziyyəti sülh yolu ilə həll etməyi təklif edib:
“Lukaşenko iyunun 24-də səhər Prezident Putinlə telefon danışığı zamanı problemin həlli üçün səy göstərəcəyini deyib və buna da nail olub. Əgər üsyançılar Moskvaya doğru irəliləməkdə davam etsəydilər, çox güman ki, qan töküləcəkdi. Ona görə də Lukaşenkonun vəziyyəti dinc yolla həll etmək çağrışını Putin dəstəkləyib. Nəticəni isə siz bilirsiniz”, – deyə Lavrov bildirib.
Vəli Həsənov,
KONKRET.az