“Bu məsələ Azərbaycan və Ermənistan arasında yeni gərginlik yaradacaq” – Metyu Brayzabackend

"Bu məsələ Azərbaycan və Ermənistan arasında yeni gərginlik yaradacaq" - Metyu Brayza

“Sərhədlər müəyyənləşəndən sonra o ərazilərdə hərbi toqquşmalara son veriləcək, sabitlik yaranacaq. Düşünürəm ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Komissiya yaradılandan sonra bu iş irəliləyəcək. Bu həm də, sülh prosesini tezləşdirəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Azadlıq Radiosu”na açıqlamasında üçtərəfli Soçi görüşünü şərh edərkən ABŞ-ın keçmiş səfiri Metyu Brayza səsləndirib. O əvvəl proseslərin gedişindən ümidsiz olduğunu deyib: “Amma indi daha pozitivəm. Hesab edirəm ki, maneələr aradan qalxacaq”.

Metyu Brayza: Ermənistan Azərbaycanı Cavab Tədbirlərə Təhrik Etmək üçün Mülki Obyektlərə Hücum Edir

Bakıda ABŞ-ın səfiri olmuş Brayza hesab edir ki, sərhəd problemi yoluna qoyulduqdan sonra, Qarabağın statusu məsələsi gündəmə gələcək: Azərbaycan və Ermənistan arasında gərginlik bir də həmin proseslər zamanı arta bilər” – deyə Brayza vurğulayıb.

Keçmiş səfir tərəflərin Brüssel görüşündə Avropa Birliyinin önə çıxacağına ümid etdiyini deyib: “Sərhədlərin müəyyənləşdirilməsində Avropa Birliyinin öz təkliflərini səsləndirəcəyinə inanıram. Necə ki, Türkiyə Ağdamda öz hərbçilərini yerləşdirməklə, Rusiya sülhməramlıları qarşısında balans yardıb”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*