Sərhəddə təxribat – gürcü fəalın alnına güllə, ağzına şillə yemək riski…backend

Sərhəddə təxribat – gürcü fəalın alnına güllə, ağzına şillə yemək riski...

 

Gürcüstanla sərhəddə yerləşən Keşikçidağ məbədinin ətrafında gürcü fəalla sərhədçimizin arasında baş verən olay tam mənası ilə təxribatdır.

Burada təxribatçının kim, hövsələ və təmkin nümayiş etdirənin kim olduğu göz önündədir. Necə deyərlər, əlavə şərhə, izahata ehtiyac yoxdur.

Lakin məsələnin başqa tərəfləri var. Birincisi odur ki, gürcü fəal bu hərəkətinin qarşılığında güllə yarası almaqdan qorxmayıb. Deməli, onun əminliyi olub ki, azərbaycanlı sərhədçi ona atəş açmayacaq. Ya da adam həyatını ölüm riski altına atan bir fanatikdir.

İkincisi, azərbaycanlı sərhədçi müvafiq əmr almadığı üçün sərhəd pozucusunu və onu açıq-aşkar, “vur, ölüm, qana düş” deyən fəalı güllələməyib, anlayıb ki, buna görə hərbi tribunalda cavab verməli olar.

Hazırda bir çoxları bu fikirdədir ki, gərək sərhədçimiz təxribatçı gürcünü güllələyəydi.

Bu, avantüra və baışlanmaz səhv olar, iki qonşu dövlət və xalq arasında geridönməz xarakterli dağıdıcı prosesin başlanmasısana səbəb verərdi.

Bundan sonra gürcülər də əllərinə düşən ilk fürsətdə bir azərbaycanlı öldürüb “qana qan” prinsipi yeridərdilər. Ondan sonra lokal toqquşmalar qaçılmaz olardı, iki xalq qan düşməninə çevrilərdi.

İllərdir məhz bunu istəyən başqa bir düşmən qonşunun olduğunu unutmayaq. Hazırda belə bir durumun yaranmasını istəyənlər təkcə ermənilər deyil, başqaları, daha güclüləri var.

Bu baxımdan azərbaycanlı sərhədçi çox ehtiyatlı və ağıllı davranıb.

Lakin məsələ bununla bitməməlidir. Azərbaycan tərəfi Gürcüstan hökumətinə sorğuyla müraciət edərək həmin gürcü təxribatçının cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməlidir. Yəqin ki, Gürcüstanın cinayət məcəlləsində də “xalqlar arasında nifaq salmaq, ədavət qızışdırmaq”, “dövlət sərhədini pozmaq” kimi əməllərə görə cinayət məsuiliyyəti nəzərdə tutan müddəalar var.

Əgər bu tələbdən sonra gürcü tərəfi hər hansı bir tədbir görməsə, o zaman gürcü fəalların bundan sonra bənzər təxribatının qarşısının güc yolu ilə alınması bəri başdan bəraət qazanmış olur. Növbəti dəfə o, alnına güllə almasa da, ağzının üstünə şillə alanda heç kəs Azərbaycan tərəfini qınamayacaq.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*