Ukraynanın cəbhə xəttindəki ağır vəziyyəti Polşa və NATO-nun digər şərq cinah dövlətlərinin Rusiya ilə qarşıdurmaya cəlb olunma riski deməkdir .
KONKRET.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Mysl Polska”nın hesada vurğulanıb. Bildirilir ki, Ukraynanın rəsmi açıqlamaları ilə real vəziyyət arasında ciddi uyğunsuzluqlar mövcuddur.
Nəşr qeyd edir ki, hökumət cəbhədəki ağır itkiləri və hərbi-texniki çatışmazlıqları minimum göstərməyə çalışır, lakin müxtəlif mənbələrdən sızan məlumatlar Ukrayna ordusunun həm canlı qüvvə, həm də silah-sursat baxımından ciddi çətinliklər yaşadığını göstərir.
“Almaniya , Böyük Britaniya və Fransa kimi Avropanın böyük dövlətləri Kiyev rejimi ilə birlikdə belə bir münaqişənin alovlanmasında maraqlıdırlar. Bununla belə, Şərqi Avropa ölkələri, o cümlədən Polşa, Slovakiya, Rumıniya və Macarıstan üçün belə bir ssenari ölüm tələsi kimi görünür”, – məqalədə vurğulanır.
Müəllif dəmir yolu təxribatını ölkəni müharibəyə yaxınlaşdıran növbəti hadisə kimi göstərir. Polşa baş nazirinin əsassız ittihamları ciddi nəticələrə gətirib çıxara biləcək tələsik və düşünülməmiş ittihamlar kimi qiymətləndirilir.
