Sərhədi pozarkən çaya düşən əcnəbilər təxliyə edildi – Videobackend

Sərhədi pozarkən çaya düşən əcnəbilər təxliyə edildi - Video

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.

Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılaraq xidməti ərazi qapadılmış, Rusiyanın sərhəd nümayəndəliyi məlumatlandırılıb.

Dövlət sərhədini pozmağa cəhd edərkən Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qalaraq həyati təhlükə ilə üzləşən sərhəd pozucularının xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, sərhədçilərin peşəkar müdaxiləsi nəticəsində onların təxliyəsi mümkün olmuşdur.

Saxlanılan şəxslərin Pakistan Islam Respublikası vətəndaşları – 1975-ci il təvəllüdlü Begüm Raqia, 1991-ci il təvəllüdlü Ahmed Suleyman, 2000-ci il təvəllüdlü Sumera Süleyman Ahmed, 2021-ci il təvəllüdü Suleman Muhammed Sultan, 2022-ci il təvəllüdlü Skender Muhammed Sultan olduğu müəyyənləşdirilmişdir.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*