“Sərhədin hansı xəritələrlə delimitasiyası ilə bağlı razılaşma yoxdur” – Mirzoyanbackend

"Sərhədin hansı xəritələrlə delimitasiyası ilə bağlı razılaşma yoxdur" - Mirzoyan

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün hansı xəritədən istifadə edilməsi barədə yekun razılaşma yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

Buna baxmayaraq, Mirzoyan qeyd edib ki, bu işləri tərəflərin ötən ilin oktyabrında Praqa görüşündə razılaşdırdıqları Alma-Ata Bəyannaməsinə uyğun olaraq həyata keçirmək öhdəliyi var.

“Bildiyimə görə, Kişinyovda Azərbaycan prezidenti 1975-ci ilin xəritələrinin istifadəsinə etiraz etməyib”, – deyə Mirzoyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*