Serj Sarkisyan: “Paşinyan, aramızda xain damğası olan qorxaq lider sənsən”backend

Serj Sarkisyan: "Paşinyan, aramızda xain damğası olan qorxaq lider sənsən"

“Qarabağ problemi ilə bağlı danışıqlar prosesi haqqında hamı danışa bilər, amma sənin danışmaq haqqın yoxdur. Sən susmalısan, Nikol Paşinyan! İştirakçısı olduğun biabırçı danışıqlar prosesi barədə Əliyevin çıxışlarından götürdüyün “təhsilli” və “konstruktiv” fikirlərinlə demək istəyirsən ki, düşmənimizə qeyd-şərtsiz inanaq və boyun əyək. Bu da onu göstərir ki, danışıqlar prosesinin mənasını və məqsədini hələ də anlamamısan. Bilmirsən ki, düşmən yalnız ölkəsinin mənafeyindən çıxış edir. Sonra efirdə sənə müraciət edərək bütün gün ərzində səni ən dəhşətli şəkildə alçaldır, sənə gülür və səni ələ salır”.

KONKRET.az xəbər verir ki, bu sətirlər Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın özünün facebook səhifəsində Paşinyana etdiyi müraciətdən götürülüb.

Sabiq prezident daha sonra yazır: “Qorxaqlara xas manipulyativ hiylələrlə həyasızcasına yalan danışa və tarixi saxtalaşdıra bilərsən, biabırçı məğlubiyyətini ört-basdır edərsən və məsuliyyətdən müvəqqəti yayına bilərsən. Amma bunlar həqiqəti dəyişməyəcək. Son iki il yarımda Qarabağ münaqişəsinin həlli prosesini yalnız təslimçilik istiqamətində aparmısan. Halbuki səndən də əvvəl kompromis variantlar var idi. Amma heç kim o kompromislərə getməti. Sən isə təslimçiliyə getdin”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*