Sərnişinlər ən çox bu nəqliyyat növündən İSTİFADƏ EDİRbackend

Sərnişinlər ən çox bu nəqliyyat növündən İSTİFADƏ EDİR

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyatçılar 578,6 milyon sərnişinə xidmət göstəriblər.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 504,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,2 faiz və 20,0 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 18,6 faiz artıb.//Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*