Sərnişinlərə ŞAD XƏBƏR: Metroda bu xidmətlərin tətbiqi reallaşacaqbackend

Sərnişinlərə ŞAD XƏBƏR: Metroda bu xidmətlərin tətbiqi reallaşacaq

“Bakı metrosunda yaxın zamanda “Google Pay”, “Apple Pay” və digər elektron cüzdanlarla ödəniş etmək mümkün olacaq”.

Bu fikirləri KONKRET.az-a açıqlmasında İKT üzrə ekspert Elvin Abbasov səsləndirib:

Pulsuz "Wi-Fi"lərə qoşulmaq təhlükəlidir?

“Bakı Metropoliteni”nin mobil tətbiqinin istifadəyə verilməsi də nəzərdə tutulur. Bakı metrosunda geniş tərkibli Data Analitik Departamenti fəaliyyət göstərir və qərarlar data əsaslı analizlərə əsasən qəbul olunur. Rəqəmsal əkiz (digital twin) texnologiyası ilə aparılan simulyasiyalar nəticəsində metroda sıxlığın azaldılması məqsədilə 10 yeni stansiyanın layihələndirilməsi prosesi davam edir”.

Ekspert qeyd edib ki, bu stansiyalardan biri yaxın vaxtlarda istifadəyə veriləcək, digərləri isə 2030-cu ilə qədər mərhələli şəkildə açılacaq

“Hazırda Bakı metrosu illik 220–230 milyon sərnişin daşıyır. Onlardan təxminən 6 milyonu güzəştli (ödənişsiz) keçidlərdir. İş günlərində isə gündəlik orta sərnişin sayı 740 min nəfərə qədər yüksəlir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*