Şərqi Dəməşqdə güclü partlayış – Katolik monastırında TERAKTbackend

Şərqi Dəməşqdə güclü partlayış – Katolik monastırında TERAKT

Suriyanın paytaxtı Dəməşqin şərqində güclü partlayış baş verib. Yerli mətbuatın məlumatına görə, hadisə Mar Elias adlı katolik monastırında qeydə alınıb.

Partlayışın səbəbi və mümkün tələfat barədə hələlik rəsmi açıqlama verilməyib. Hadisə yerinə təcili yardım və təhlükəsizlik qüvvələri cəlb olunub.

Qeyd edək ki, Mar Elias monastırı bölgədə dini və tarixi baxımdan önəmli obyektlərdən biri hesab olunur. Hadisənin arxasında kimlərin dayandığı ilə bağlı araşdırma aparılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*