“Sərt karantin rejimi davam edəcək” – AÇIQLAMAbackend

“Sərt karantin rejimi davam edəcək” - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda 14 şəhər və rayonda avqustun 5-nə kimi sərt karantin rejimi tədbiq edilməkdədir. Qeyd edək ki, gündəlik yoluxanların sayı xeyli düşüb. Belə ki 363 nəfər koronavirusa yoluxub, 622 nəfər sağalıb. Yoluxanların sayının yenidən iki rəqəmliyə düşməsi üçün yenidən sərt karantin rejimi bir neçə həftəlik uzadıla bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, sərt karantin rejiminin bitməsinə bir neçə gün var: “Son nəticəyə baxıb, Operativ Qərargah qərar verəcək. Sərt karantinin bitməsinə 7 gün vaxt var. Son nəticələr analiz edilərək yumşalmaya gedilib-gedilməyəcəyi barəsində qərar veriləcək. Sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərdə məlumatlar təhlil ediləcək, son nəticədə vəziyyətə uyğun qərar veriləcək. Bu gün bir söz demək çətindir. Hər şey insanlarımızdan asılı olacaq. İnsanlarımız nə qədər məsuliyyətli olub, qoyulan qaydalara əməl edərsə, normal həyatımıza qayıtmaq da bir o qədər tez olar”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

  • Kəmalə
    İyul 30, 2020 - 11:18

    Sərt karantin rəyini.4-5 aydır işləmirəm.190 AZN lə həm kredit həm kommunal həm qida almaq.Sonum nə olacaq bilinmir

  • Rahim
    İyul 30, 2020 - 14:08

    Mene iki ay 190 verdiler, bu edir, 380 man Men iki uwaq yoldawim 5 ayi nece dolanim bir fikirlewin sosial almiram maaw yox pensiya yox ne edim, oxurluq edim?

  • Ayatc
    İyul 30, 2020 - 14:20

    Mene 190manat verilmiyib nedi nedi heyat yoldawim 60 manat corek pulu alir dor neferimi bir uwagim bew ayligdi bir uwagimda 4 yawi var ele 60 mant balac uwagin bir aylig yemeyinen panpersi edir .Heyat yoldawim hec bir yerde iwlemir mende hec bir yanda iwlemirem .

  • Məhluqə
    İyul 30, 2020 - 15:54

    Mart ayından yoldaşım işləmir biz nə yeyib içək uşaqlara nə yedizdirək heç 190 nı da vermədilər vəziyyətimiz çox çətindi balalarım acdı heç olmasa bu qurban bayramında köməklik edin

  • Ceyhun Elesgerov
    İyul 30, 2020 - 23:39

    Salam nece aydir islemirem. 190 vermediler gozlerim zeifdi herbiye yararsizdir.islemey qabilliyeti gozume gore cetinliy yaradir.Xais edirem Dovletimizden komeyliy elesun. 0517164004

Kəmalə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*