Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR – RƏSMİ / YENİLƏNİBbackend

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR - RƏSMİ / YENİLƏNİB

Səs yazısı yayılan Ağsu rayon Xəlilli kənd orta məktəbinin direktoru ilə bağlı qərar verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Lent.az-a Regional Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məlumat verib.

Onun sözlərinə görə, məktəb direktoru Oqtay Şıxıyevin fəaliyyətinə xitam veriləcək:

“Direktor idarəyə çağırıldı. Onun bu məsələ barədə izahatı alındı. Yayılan səs yazısı ötən ilə aiddir. Bu il Oqtay Şıxıyevin 65 yaşı tamam olduğu və direktorlarla bağlı 1 illik bağlanan müqaviləsi bitdiyi üçün onun işinə dekabrın 31-i xitam veriləcək”.

Qeyd edək ki, səs yazısında Ağsu rayon Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Bəylər oğlu Şıxıyev məktəbin İsmayıl adlı məllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*