Bu gün Türkiyədə keçirilən prezident və parlament seçkiləri bir neçə insanın qəfil dünyasını dəyişməsi ilə müşayiət olunub.
KONKRET.az türk mediasına istinadən xəbər verir ki, daha bir ölüm hadisəsi Manisa şəhərində qeydə alınıb. Belə ki, valideynlərini səsverməyə gətirən tanınmış iş adamı, “Akhisarspor”un İdarə Heyətinin keçmiş üzvü, 48 yaşlı Zəfər Leblebici avtomobilində infarkt keçirərək dünyasını dəyişib.
Mərhumun mayın 15-də torpağa tapşırılacağı bildirilib.
KONKRET.az