Səudiyyə Ərəbistanı: “İranla razılaşma bütün məsələlərin həll olunması demək deyil”backend

Səudiyyə Ərəbistanı: "İranla razılaşma bütün məsələlərin həll olunması demək deyil"

“İranla diplomatik münasibətlərin bərpasına dair razılaşma bütün məsələlərin həll olunduğu anlamına gəlmir”.

KONKRET.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud “Şarkul Evsat” qəzetinə bildirib.

İki ay ərzində İranla əlaqələri bərpa etməyə hazırlaşdıqlarını qeyd edən XİN başçısı gələcəkdə qarşılıqlı səfərlərin mümkünlüyünü bildirib.

Fərhan Al Səud Səudiyyə Ərəbistanı ilə İran arasında əldə olunan razılaşmada Çinin roluna da toxunub:

“Bölgədə təhlükəsizlik və sabitlik mühitinin yaradılmasında Pekin və Tehranla ortaq maraqlarımız var”.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər. İki ölkə arasında əldə olunan razılaşma martın 10-da İran, Səudiyyə Ərəbistanı və Çinin birgə bəyanatında açıqlanıb.

Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfər terrorçuluq ittihamı ilə edam edilib. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları yandırılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*