Səudiyyə vəliəhdinin Yaponiyaya səfəri təcili olaraq təxirə salındıbackend

Səudiyyə vəliəhdinin Yaponiyaya səfəri təcili olaraq təxirə salındı

Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səudun bazar ertəsi başlamalı olan Yaponiyaya səfəri təxirə salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi bildirib.

“Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazirinin Yaponiyaya səfəri təxirə salınıb. Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi və Baş Naziri əlahəzrət Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səudun mayın 20-dən 23-dək Yaponiyaya rəsmi səfəri planlaşdırılırdı. Mayın 19-da gecə saatlarında Səudiyyə hökuməti Yaponiya hökumətinə məlumat verib ki, şahzadə Məhəmmədin səfəri İslamın iki müqəddəs məkanının mühafizəçisi Əlahəzrət Kral Salman bin Əbdüləziz Əl Səudun səhhəti ilə əlaqədar baş tutmayacaq. Əlahəzrət Şahzadə Məhəmmədin gözlənilən səfəri iki ölkə arasında razılaşdırılacaq”, – XİN-in bəyanatında deyilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kral Ofisi mayın 19-da bildirib ki, kral yüksək hərarət və oynaq ağrıları səbəbindən müayinə üçün Ciddədəki xəstəxanaya yerləşdirilib. Tibbi müayinədən sonra onun sətəlcəm olduğu məlum olub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*