Sevak Akopyan: “Mən Paşinyana görə çox utanıram”backend

Sevak Akopyan: "Mən Paşinyana görə çox utanıram"

“Mən heç vaxt Nikola səs verməmişəm, onun tərəfdarı olmamışam. Amma onun Sankt_Peterburqda düşdüyü vəziyyətə və çıxışına görə şəxsən utandım, çünki o, hələ də ölkəmi təmsil edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni journalist Sevak Akopyan bildirib.

O fikirlərini belə davam etdirib: “Aİİ həmişə siyasi struktur, geosiyasi birlik olub, var və qalacaq. Bunu Nikol Paşinyan da keçmiş deputat kimi KTMT və Aİİ-dən çıxmaq haqqında qanun layihəsini təqdim edəndə anladı. Həmin vaxt o, “Aİİ bizim suverenliyimizi, müstəqilliyimizi, normal iqtisadi və siyasi inkişafımızı təhdid edir”, – demişdi. İndi də Aİİ sammitində deyir ki, gəlin strukturu siyasiləşdirməyək, həqiqətən sizin bazara ehtiyacımız var, bizə pul lazımdır.

Əgər birdən sizin dərk etdiyiniz kimi geosiyasi məqsədləriniz varsa, Aİİ-nin geosiyasi düşməni olan Aİ-yə üz tutacağıq, təhlükəsizlik baxımından isə KTMT-nin düşməni olan NATO-ya qaçacağıq. Bu, nəinki qeyri-mümkün, məntiqsiz, gülünc, həm də hiylə və əxlaqsızlıqdır. Bu olmaz və olmayacaq, bu siyasi savadsızlıq bizə çox baha başa gəlir.

Nikol Paşinyan yenə növbəti dəfə absurd fikirlər söylədi, lakin bu dəfə MDB dövlət başçılarının qeyri-rəsmi sammitində.

Rusiya mətbuatı Paşinyan və Əliyevin əl sıxdığı video yayımladı və sonra hər kəs Əliyevlə Nikolun Qarabağın təslim olmasından sonra bir-birini səmimi salamlamalarına təəccüblənməyə başladı. Daha sonra onların sakit dayanıb bir-birləri ilə isti söhbət etdiyi daha bir foto yayımlanıb. Sonra da gördük ki, yeni il süfrəsində onlar çörək paylaşıb və bir-birinin yanında oturub…”

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*