Müğənni Sevda Sanaliyeva “İnstagram” səhifəsində şok görüntüləri paylaşıb.
KONKRET.az xəbər verir ki, müğənni tanıdığı bir şəxsin onu qarabaqara izlədiyini və qorxutduğunu qeyd edib.
Sevda Sanaliyeva həmin şəxsin adını, soyadını, yaşadığı yeri bilsə də, hələlik açıqlamayacağını deyib. Müğənni həyatının təhlükədə olduğunu bildirib.
Paylaşıma şərh yazan izləyicilərdən bəziləri buna inansa da, inanmayanlar da olub. Bəzi izləyicilər isə Nura Surinin də belə bir paylaşım etdiyini, sonradan görüntülərin klip çəkilişindən olduğunu açıqladığını yazıblar.//Yenisabah.az