Sevil Əliyevanın oğlu bu xalq artistinin nəvəsi ilə evlənibbackend

Sevil Əliyevanın oğlu bu xalq artistinin nəvəsi ilə evlənib

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub. Toy şənliyi dünən axşam Cea Breeze-də yerləşən restoranlardan birində baş tutub.

KONKRET.az yenisabaha istinadən xəbər verir ki, mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib. Onun “Pasha Holding”ə məxsus “Pashabank”da işlədiyi bildirilir.

Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və Sabir Rüstəmovun nəvəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*