İspaniyanın “Sevilya” klubunun “Qarabağ”ın braziliyalı hücumçusu Juninyoya rəsmi təklif göndərməsi barədə məlumat vermişdik.
KONKRET.az xəbər verir ki, İspaniya tərəfi danışıqların hazırkı vəziyyəti ilə bağlı yeni təfərrüatlar bölüşüb. İspaniyanın “Vamos Mi Sevilla” portalının məlumatına görə, braziliyalının “Sevilya”ya transfer olunmaq imkanları artıb. Ağdam təmsilçisi ilkin 2 milyon avrodan imtina etdikdən sonra “Sevilya” yeni təklif göndərib. Bu dəfə ispanlar 3 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. Üstəlik 500 min avro da bonus təklifi olunub. Xatırladaq ki, “Qarabağ” Juninyo üçün istədiyi 5 milyon avroluq tələbdən imtina edib. Əgər sövdələşmə baş tutsa “Sevilya” Juninyo ilə iki illik müqavilə imzalayacaq.
Vəli Həsənoğlu,
KONKRET.az