Sexdən 6 min manatlıq oğurluq edən şəxs SAXLANILDIbackend

Sexdən 6 min manatlıq oğurluq edən şəxs SAXLANILDI

Nərimanov rayonunda sexdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə mayın 1-nə keçən gecə rayon ərazisindəki sexlərin birindən 6000 manat dəyərində əlvan metalın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*