Sexdən avtomobil qaçırıb qardaşına hədiyyə etdibackend

Sexdən avtomobil qaçırıb qardaşına hədiyyə etdi

Bakıda keçmiş məhkum avtomobil qaçıraraq qardaşına hədiyyə edib.

DİN-in Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, oğurluq Biləcəri qəsəbəsindəki avtomobil təmiri sexində baş verib.

Polis Bölməsinə sexdən Sumqayıt sakini Y.Əliyevə məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Gəncə sakini Səfyar Qafarov tərəfindən Yeni Gəncə qəsəbəsində idarə edilərkən saxlanıllıb. Araşdırmalarla maşının onun qardaşı, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Nicat Bayramov tərəfindən qaçırılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*