Şəxsiyyət vəsiqələrinin surətlərinin toplanması qadağan olunacaq – Qazaxıstandabackend

Şəxsiyyət vəsiqələrinin surətlərinin toplanması qadağan olunacaq - Qazaxıstanda

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Senatın deputatları 2023-cü il noyabrın 30-da keçirilən plenar iclasda “İnformasiya təhlükəsizliyi, informasiyalaşdırma və rəqəmsal aktivlər haqqında” qanunu ikinci oxunuşda təsdiqləyiblər.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, dəyişikliklərdən biri şəxsiyyət vəsiqələrinin surətlərinin toplanmasının qadağan edilməsidir.

Sənəd bir sıra hallar istisna olmaqla, şəxsiyyəti təsdiq edən sənədlərin surətlərinin toplanmasına və emalına qadağa qoyur.

“Miqrantlar üçün milli maraqların müdafiəsi və ölkənin milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəxsiyyəti təsdiq edən sənədin yalnız özünü təqdim etmək öhdəliyi tətbiq edilir. Fırıldaqçılıq fəaliyyətindən qorunmaq üçünsə fiziki şəxslərə “elektron hökumət” vasitəsilə bank kreditləri və mikrokreditlər almaqdan könüllü imtina etmək hüququ verilir”.

Birinci oxunuşda düzəlişlərlə bağlı çıxış edən senator Andrey Lukin qeyd edib ki, informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı insidentlər tez-tez və getdikcə təkmilləşən formada baş verir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*