Taleh Boradigahi Moskvada döyülüb? – “Əlisilahlı dəstə qarşımı kəsdi” / YENİLƏNİBbackend

Taleh Boradigahi Moskvada döyülüb? - “Əlisilahlı dəstə qarşımı kəsdi” / YENİLƏNİB

Seyyid Taleh Boradigahi kimi tanınan mərsiyəxan Taleh Əsədov Moskvada döyülməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında paylaşım edib.

“Dünən Moskvada bir dəstə əlisilahlı naməlum şəxslər çıxış edəcəyim məscidin qarşısına gələrək, mənim İmam Əlinin (ə) mövlud günündə iştirakıma mane olmaq istəyiblər. Mən gəlib məscidə daxil olmaq istəyəndə həmin əli silahlı dəstə qarşıma çıxıb içəri keçməyə mane oldular. Bu zaman hadisə yerinə gələn Moskva polisinin və dəyərli qardaşlarımın sayəsində əli silahlı dəstənin niyyəti baş tutmadı” – Taleh Əsədov bildirib.

O bildirib ki, insident zamanı döyülməyib, ona hər hansı xəsarət yetirilməyib.

12:08

İlahiyyatçı Seyyid Taleh Boradigahinin Moskvada döyüldüyü bildirilir.

KONKRET.az-ın xəbərinə görə, qeyd olunur ki, o, müxtəlif bədən xəsarətləri alıb.

Boradigahi isə video yayaraq, yayılan məlumatların doğru olmadığını qeyd edb:

“Hər şey yaxşıdır, heç bir narahatlıq yoxdur”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*