Seyran Ohanyan HƏBS OLUNACAQbackend

Seyran Ohanyan HƏBS OLUNACAQ

Seyran Ohanyan həbs olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” partiyadakı məlumatlı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, baş prokuror “Hayastan” müxalifət fraksiyasının rəhbərinin həbsi ilə bağlı gələn həftədən parlamentə müraciət edəcək.

“Dekabrın 6-da Ermənistanın baş prokuroru deputat toxunulmazlığından məhrum edilməsi və “Hayastan” fraksiyasının rəhbəri və keçmiş müdafiə naziri Seyran Ohanyanın həbsi tələbi ilə dörd günlük növbəti iclasa parlamentə gedir.

Anna Vardapetyan tərəfindən deputat toxunulmazlığından məhrum edilməsi xahişi ilə Seyran Ohanyan birinci olacaq.

Vahe Akopyan və Armen Çarçyanın həbsi ilə bağlı məsələnin gələn ilə qədər təxirə salınması qərara alınıb. Bundan əlavə, hakimiyyət istisna etmir ki, onlar özləri istefa verəcək.

Ohanyan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin qəzetə verdiyi məlumata görə, “Dzora SES”-in əmlakının özgəninkiləşdirilməsi zamanı mənimsəmədə ittiham olunur. Deputat özü isə bütün ittihamları rədd edir”, – deyə qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*