Sezar Meza Kolli Azərbaycana qayıdırbackend

Sezar Meza Kolli Azərbaycana qayıdır

Ötən mövsümü “Zirə”də keçirmiş Sezar Meza Kolli Azərbaycana qayıdır.

KONKRET.az xəbər verir ki, paraqvaylı futbolçu bu dəfə “Araz-Naxçıvan”dan təklif alıb.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Sezar Meza Kolli maliyyə məsələsində Naxçıvan klubu ilə razılaşarsa, tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Sezarın “Araz-Naxçıvan”la bir illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 32 yaşlı futbolçu “Çezena”, “Alaves”, “Pavia”, “Universitatya Krayova”, “Neftçi”, “Ohod”, “Zirə” klublarında oynayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*