Nigeriyanın Benue əyalətində baş verən silahlı hücumda 12 nəfər həyatını itirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Benue əyalətinin Aqatu bölgəsində naməlum şəxslər tərəfindən silahlı hücum həyata keçirilib. Hücum nəticəsində 12 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Nəhayət, iyulun 10-da Aqatu bölgəsində baş verən hücumda 13 nəfər həyatını itirib.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.
Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu hallarına rast gəlinir. Silahlı insanlar, ümumiyyətlə, ölkənin şimalındakı kəndləri, məktəbləri və turistləri hədəf alır və fidyə tələb edirlər.
Rəsmiyyə Şərifova,
KONKRET.az