Şimali Koreya bu gün də ballistik raket sınaqlarını davam etdirdibackend

Şimali Koreya bu gün də ballistik raket sınaqlarını davam etdirdi

Şimali Koreya yenə dinc dayanmır. İki gündür ballistik raketlərin sınağıyla məşğul olan Şimali Koreya qonşu dövlətləri təhdid edir.

KONKRET.az xəbər verir ki, Pxenyan bazar ertəsi ABŞ-ı vura biləcək daha bir uzaqmənzilli ballistik raketi sınaqdan keçirib.

Buraxılış bazar günü axşam daha qısa mənzilli raketin sınağından sonra həyata keçirilib. Cənubi Koreya ordusu bazar ertəsi səhər Pxenyan ərazisindən uzaqmənzilli ballistik raketin buraxıldığını və Yapon dənizini keçərək 1000 kilometr məsafə qət etdiyini bildirib. Yaponiyanın Müdafiə Nazirliyi bunun ABŞ-a çata biləcək ICBM sinifinə aid raket olduğunu bildirib.

Yaponiyanın Baş naziri Fumio Kişida atılan iki raketi “sülh və sabitliyə təhlükə” adlandırıb. ABŞ Dövlət Departamenti də Şimali Koreyanın bu addmına reaksiya verib. Dövlət Departamentinin bəyanatında deyilir: “Ballistik raketlərin sınağı, bu il Pxenyanın həyata keçirdiyi digər ballistik raket buraxılışları kimi, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*