Şimali Koreya hakerləri Rusiyanın raket proqramını OĞURLADIbackend

Şimali Koreya hakerləri Rusiyanın raket proqramını OĞURLADI

Şimali Koreyadan olan hakerlər ballistik və qanadlı raketlər, o cümlədən hipersəs raketləri və kosmik peyklər istehsal edən Rusiyanın “NPO Mashinostroeniya” korporasiyasının kompüter şəbəkələrini sındırıblar.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, faktı təhlükəsizlik mütəxəssisləri də təsdiqləyib.

Məlumata görə, 2021-ci ildə KXDR hökuməti ilə əlaqəli “elit haker komandaları”, xüsusən “ScarCruft” və “Lazarus” baş qərargahı Moskva yaxınlığındakı Reutovda yerləşən “NPO Mashinostroeniya”nın sistemlərinə gizli şəkildə casus proqramlar daxil edib.

Qeyd olunub ki, aylar sonra Pxenyan ballistik raketlərin yaradılması proqramında bir sıra irəliləyişlər əldə etdiyini açıqlayıb. Eyni zamanda, bunun haker hücumu nəticəsində əldə edilən hər hansı məlumatdan istifadə ilə bağlı olub-olmadığı aydın deyil.

Ekspertlər Pxenyanın Moskva ilə yaxın münasibətdə olmasına baxmayaraq, bunun həqiqətən haker hücumu olduğuna inanır.

Məlumata görə, hakerlər 2021-ci ilin sonundan 2022-ci ilin may ayına qədər “NPO Mashinostroeniya”nın şəbəkələrinə giriş əldə edib.

Xatırladaq ki, Taktik Raketlər Korporasiyasına daxil olan “NPO Mashinostroeniya” xüsusən də “Zirkon” hipersəs raketinin yaradıcısıdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*