Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atdıbackend

Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atdı

Şimali Koreya Yapon dənizi istiqamətində iki yeni yaxınmənzilli ballistik raket atıb.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiya hökumətindən açıqlama verilib.

Raket sınağının regionda birgə hərbi təlimlər keçirən ABŞ və Cənubi Koreyaya qarşı cavab tədbirləri olduğu bildirilir.

Belə ki, Cənubi Koreya və ABŞ-nin son 5 ilin ən geniş əhatəli ortaq təlimi olaraq göstərilən “Azadlıq Qalxanı” təliminə başlayıb. Şimali Koreya isə buna cavab olaraq ballistik raket atıb.

Yaponiya Nazirlər Kabinetinin baş Katibi Hirokazu Matsuno qeyd edib ki, ölkənin sülh və təhlükəsizliyinin təmin edilməsi üçün ABŞ, Cənubi Koreya və digər ölkələrlə sıx əməkdaşlıq edəcəklər, lazımi müşahidə və təhlil fəaliyyətlərinə davam edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*