Şimali Koreya Yaponiyanın baş naziri Kişidanın Almaniyaya səfərini pisləyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya Yaponiyanın baş naziri Kişida Fumionun Almaniyaya səfərini pisləyib və səfər zamanı imzalanan sazişi “müharibə cinayətləri törədən iki ölkə arasında gizli hərbi razılaşma” kimi qiymətləndirib.
Şimali Koreya Kişidanın Almaniyaya səfərini və Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) ilə Almaniya ordusu arasında qida, yanacaq paylaşma prosesini sadələşdirmək üçün imzalanan razılaşmanı da sərt tənqid edib.
Pxenyan administrasiyası iki ölkəni regional gərginliyi artıran hərbi təlimlərdə iştirak etməkdə ittiham edib.
NATO-nun Hind-Sakit Okean regionu ölkələri ilə əməkdaşlığı artırmaq addımını pisləyən Şimali Koreya ABŞ, Cənubi Koreya və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımların NATO-nun Asiya versiyasını yaratmaq cəhdi olduğunu iddia edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az