Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib ki, Şimali Koreya PUA və xüsusən də “Şəhid” istehsal etmək imkanı qazanıb.
KONKRET.az bildirib ki, o, bu barədə “The War Zone” nəşrinə müsahibəsində deyib.
Budanov əlavə edib ki, KXDR Ukraynadakı müharibəni dəstəkləmək üçün öz müəssisəsində istehsal olunan “Şəhid”ləri Rusiyaya ixrac edə biləcək.
Budanovun qeyd etdiyi kimi, Rusiya Şimali Koreyaya uzunmənzilli kamikadze dronları yaratmağa və KN-23 qısa mənzilli ballistik raketlərinin dəqiqliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək etmək üçün texnologiya verir. Şimali Koreya Rusiyanın müharibə səylərinin əsas dəstəkçisinə çevrilib, bunun müqabilində Moskvanı milyonlarla artilleriya mərmisi və hətta qoşunla təmin edib.
İlkin tədarükçü olan İranla müqayisədə Rusiya indi ayda təxminən 2000 ədəd PUA istehsal edir və bunu 5000-ə çatdırmağı planlaşdırır. Moskva, həmçinin daim uçuş məsafəsini, faydalı yükü, rabitəni və hücum modellərini təkmilləşdirir.
“ŞƏHİD”lərin mövcudluğu Şimali Koreyaya Cənubi Koreyanın istənilən yerində və potensial olaraq böyük miqdarda hədəfləri vurmaq imkanı verəcək. Onlar Cənubi Koreyanın hava hücumundan müdafiəsini alt-üst edə, digər döyüş sursatları ilə hücumlara yol aça bilər.
“Bu raketlər Rusiyaya ötürülən zaman onlar bir neçə kilometr yayınma ilə uçurdular, indi isə hədəfi dəqiq vururlar. Bu, Rusiya və Şimali Koreya mütəxəssislərinin birgə işinin nəticəsidir”, – o deyib.
Eyni zamanda Budanov onu da qeyd edib ki, Rusiya qoşun və silah tədarükü müqabilində Şimali Koreyaya texnologiya təqdim edir. Bu, Şimali və Cənubi Koreya arasında regionda hərbi balansın dəyişməsinə gətirib çıxaracaq.
Müşviq Tofiqoğlu
KONKRET.az