Marqarita Simonyan Puqaçovanın geri qayıdacağı təqdirdə Rusiyanı tərk edəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın baş təbliğatçılarından biri olan Marqarita Simonyan teleqram kanalda bildirib.
Rusiya Alla Puqaçova və Maksim Qalkini geri qəbul etsə, o, işini tərk edəcəyi ilə hədələyib. Ulduz cütlük hazırda İsraildə yaşayır.
Rusiya onları Ukraynadakı “xüsusi hərbi əməliyyatı” tənqid etdiyinə və Rusiya ordusunun reputasiyasını ləkələdiyinə görə “xarici agent” hesab edir.
“Əgər o əclafların geri qayıtmalarına icazə verilsə, mən gedəcəyəm. Şübhəsiz ki, bu, dözə bilməyəcəyim bir təhqir olar. Mən eyni şeyi edəcək bir çox insan tanıyıram”, – deyə Simonyan qəzəblənib.
Xatırladaq ki, Valentin Yudaşkinin vida mərasimində prezidentin mətbuat katibi Dmitri Peskov müğənni Alla Puqaçovanın əlini öpərək sevinclə qarşılayıb.
Xuraman Etibarlı,
KONKRET.az