Simonyan: “Sərhədlərin müəyyənləşdirilməsi sülh müqaviləsindən sonra da aparıla bilər”backend

Simonyan: "Sərhədlərin müəyyənləşdirilməsi sülh müqaviləsindən sonra da aparıla bilər"

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsindən danışıb.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, erməni spiker parlamentdə keçirilən brifinq zamanı qeyd edib ki, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi sülh müqaviləsi imzalandıqdan sonra da həyata keçirilə bilər.

 

Parlamentin spikeri qeyd edib ki, əgər tərəflər öz cəmiyyətlərini həqiqi sülhə hazırlayırlarsa, normallaşmada maraqlıdırlarsa, sərhəd məsələsi həllinin sonraya saxlanılması ssenarisi kifayət qədər məqbuldur: “Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər və sülh müqaviləsi bağlanandan sonra da bu məsələnin həllinə başlamaq olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*