Simonyan TRIPP layihəsindən DANIŞDI: Azərbaycan və Ermənistan arasında kommunikasiya xətləri…backend

Simonyan TRIPP layihəsindən DANIŞDI: Azərbaycan və Ermənistan arasında kommunikasiya xətləri...

Ermənistan parlamentinin sədri Alen Simonyan Yerevanda keçirilən Avronest Parlament Assambleyasının 12-ci plenar iclasında çıxışı zamanı TRIPP layihəsinin regionda nəqliyyat və enerji əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

KONKRET.az xəbər verir ki, Simonyanın sözlərinə görə, layihə təkcə dəmir yolu əlaqələrinin genişləndirilməsini deyil, həm də avtomobil yollarının, boru kəmərlərinin, elektrik ötürücü xətlərin və rabitə kabellərinin tikintisini nəzərdə tutur.

Məlumatda qeyd olunur ki, söhbət Ermənistan ərazisindən keçəcək 42 kilometrlik Zəngəzur dəhlizi üzrə planlaşdırılan hissədən gedir. Layihə həyata keçiriləcəyi təqdirdə, bu region ölkələri arasında iqtisadi və logistika əlaqələrinin güclənməsinə şərait yaradacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*